“Düşünürəm ki, tənzimləmələrin dəmir yolunun ərazisindən keçdiyi ölkələrin yurisdiksiyası və suverenliyində olmasına dair yekun bir fikir var. Blokadanın qaldırılması prosesinin Yerasx-Horadiz dəmir yolu xəttinin yenidən işə salınmasıyla başlaması ilə bağlı mühüm konsensus var. Söhbətin nədən ibarət olduğunun konkret və çox aydın olmasını vacib hesab edirəm”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.
“Hesab edirəm ki, Azərbaycan tərəfi bu variantla razıdır, çünki bu məsələnin başqa formatda müzakirə olunmayacağı dəfələrlə bəyan edilib. Əgər görüşlər, müzakirələr gedirsə, deməli, bu, bütün iştirakçılar tərəfindən bölüşülür. Dəmir yolunun Yerasx-Horadiz hissəsinin yenidən istifadəsi ilə bağlı yekun konsensus var, bütün tərəflər razılaşdıqlarını və bunun hazırda region üçün yaxşı və müsbət həll olduğunu bildiriblər”, - Qriqoryan bildirib.