İyunun 20-i axşam saatlarında Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində səhnəyə çıxarılan “Şəhriyar” tamaşasının son hissəsinin icrasına icazə verilməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə tamaşanın oyunçuları məlumat yayıb.
“Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhəriyarın həyatından bəhs edən tamaşasının son hissəsində Azərbaycan mahnısı və rəqsi olduğuna görə Mədəniyyət və İrşad Nazirliyinin yerli icraçıları, hökumət məmurları onun bitməsinə imkan vermədilər. Tamaşa yarımçıq dayandırıldı”, - sənətçilərin paylaşımında bildirilib.