23 İyun 2023 22:32
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Urmiya şəhərində nümayiş etdirilən, Azərbaycan mahnı və rəqsinə görə səhnədən yarımçıq yığışdırılan "Şəhriyar" tamaşasının müəllifi, rejissor Vəli Lütfduxtun fəaliyyətinə 3 illik qadağa qoyulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin başçısı Əlirza Novruzi açıqlama verib.

“Tamaşa iki gün (20-21 iyun) səhnədə olacaqdı. Ancaq tamaşanın ilk günü aktyorların səhnədə oynaması və mahnı oxumasına görə onun yığışdırılmasına qərar verildi”, - Novruzi bildirib.

Qeyd edək ki, Məhəmməd Hüseyn Şəhriyarın həyatından bəhs edən "Şəhriyar" tamaşası Urmiyanın "Şəms" salonunda səhnəyə çıxarılmışdı.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər