“Vaqner” lideri Yevgeni Priqojinin Rusiyadakı hərbi qiyamı erməniləri təşvişə salıb.
Teleqraf.com xəbər verir ki, Ermənistanda separatizmin dəstəkçiləri çətin durumla üzləşən Rusiyanın Qarabağdakı sülhməramlılarını yeri çəkəcəyindən ehtiyatlanırlar.
Ermənistanın “Milli Demokratik Qütb” Təşkilatının nümayəndələri bu məqsədlə ABŞ-ın İrəvandakı səfirliyinin önündə aksiya keçiriblər. Aksiya iştirakçıları bu məqsədlə ABŞ hökumətinə məktub yazıblar.
Ermənilər iddia edirlər ki, Rusiyada baş verən son hadisələr bu ölkənin öz sülhməramlılarını geri çəkmək riski yaradıb. Eyni zamanda, onlar Rusiyanın bölgədəki sülhməramlı missiyasını “qondarma” adlandırıblar.
“Qondarma Rusiya sülhməramlıları nəinki öz dövlətlərinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirlər, həm də Rusiyanın daxili qeyri-sabitliyi səbəbindən hər an Qarabağı tərk edə bilərlər”, - məktubda deyilir.
Separatçılar ABŞ-a, Fransaya və bütün maraqlı ölkələrə müraciət edirlər ki, “müvafiq tədbirlər” görsünlər, Qarabağda və Ermənistanda beynəlxalq sülhməramlı qüvvə yerləşdirsinlər.