27 İyun 2023 12:02
1 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ erməniləri arasında aclıq vəziyyəti yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Şirak Torosyan deyib.

Erməni jurnalist Azərbaycan ordusunu Qarabağ ermənilərini “mühasirə”yə almaqda və Laçın yolunu bağlamaqda ittiham edib, iddiasına onu da əlvə edib ki, bölgədə yaşayan insanlar “aclıqdan ölmək” üzrədirlər.

Torosyan ona belə cavab verib: “İşlədiyi qədər (Laçın yolu) işləyir. Aclıq yoxdur, rəngləri qaraltmağa ehtiyac görmürəm”.

Erməni jurnalist Azərbaycana qarşı təxribatçı iddialarını yenə davam etdirib və azərbaycanlıların humanitar yardımlara mane olduğu cəfəngiyatını dilə gətirib.

Hakim partiyanın deputatı jurnalistə yenə tərs cavab verib:

“İndi Qırmızı Xaç vasitəsilə xəstələri daşıya bilirlər. Sülhməramlılar da vertolyotla ərzaq və ilkin tələbat malları gətirirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər