Daşkəsən rayonu ərazisinə yağan güclü dolu və leysan yağışları qısa müddət ərzində şəhərin əksər istinad divarlarını dağıdıb. Yol infrastrukturu, bəzi elektrik və rabitə xətləri qırılıb, sel suları bir çox fərdi yaşayış evlərinin bünövrəsini uçurub.
Teleqraf.com xəbər verir ki, rayonun Çovdar, Astaf, Qabaqtəpə, Əmirvar, Bayan, Çanaqçı, Quşçu, Alaxançallı və Qaraqullar kəndlərində yollara, fərdi yaşayış evlərinə, təsərrüfatlara ciddi ziyan dəyib.
Hazırda Daşkəsən şəhərinin mərkəzi küçəsindən güclü sel keçir.
Kənd ərazilərində dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.
Hazırda Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən dəymiş ziyanların aradan qaldırılması davam etdirilir.