Xankəndidəki separatçıların başçısı Araik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə məktub yazıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Məlumata görə, baş separatçı məktubunda Rusiya liderindən sülhməramlıların missiyasının davam edib-etməyəcəyini, eləcə də Azərbaycanın Laçın yolundakı sərhəd-buraxılış məntəqəsinin götürülüb-götürülməyəcəyini soruşub.
Nəşr qeyd edir ki, məktub “sərt ifadələr”lə yazılıb.
“Məktubu Rusiya prezidentinə Nikol Paşinyan çatdırıb. Cavabın da onun vasitəsilə göndəriləcəyi güman edilir”, - məlumatda qeyd olunur.