“Qərb dövlətləri də ermənilərin bəhanələrindən beziblər”.
Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Zaur İbrahimli deyib.
“Daş nəyə rast gəlib tapa bilmir, ABŞ başda olmaqla bütün anqlosakson dünyası yığışıb, dil töküb, pul verib bir ovuc ermənini yola gətirə bilmir. Vaşinqtonda Misirlə İsraili bir məxrəcə gətirdilər, yəhudi-ərəb dünyasını, Fələstin münaqişəsini bir tarazlıqda saxladılar, Avropadakı durumu da nizamlayırlar. Amma bir ovuc erməniyə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri, xarici siyasət rəhbəri gerçəklikləri başa sala bilmir. Doğrusu, cənab Blinkenin sonuncu Vaşiqnton danışıqlarından sonra açıqlamanı necə əziyyətlə verdiyini təsəvvür edə bilirəm. Hiss olunur ki, ermənilərin mənasız bəhanələrindən beziblər və yorulubar. İmkan düşsə, soruşmaq lazımdır ki, bəs biz otuz ildir necə dözürdük? Hələ son otuz ili deyirik, o tərəfi yox”, - ekspert bildirib.