6 İyul 2023 12:26
4 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən şəxsən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqavilə” Partiyasının deputatı Ovik Ağazaryan “Hraparak”a müsahibəsində deyib.

Deputat ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinin “Qarabağ erməniləri Azərbaycanın tərkibində təhlükəsiz yaşaya bilərlər” açıqlamasına münasibət bildirib:

“Ola bilsin, səfir belə bir fürsət yarada biləcək hər hansı anlaşmadan xəbərdardır”.

Siyasətçi səfirin təsadüfi adam olmadığını, bunu da təsadüfən dilə gətirmədiyini söyləyib. Onun fikrincə, Kristina Quinin bu açıqlaması amerikalıların bu məsələ ilə bağlı hansısa qərarlarını ehtiva edə bilər.

Ağazaryan Baş nazir Nikol Paşinyanın Qarabağ da daxil Azərbaycanın 86.6 min kvadratkilometr ərazisində bütövlüyünü tanıması ilə bağlı suala “özünəməxsus” cavab verməyə çalışıb. O, birbaşa Qarabağın Azərbaycan ərazisi olduğunu deməkdən qaçsa da, bunu təsdiqləyəcək belə bir söz dilə gətirib: “Mən şəxsən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram. Sovet İttifaqı dövründə Azərbaycanın ərazisi təxminən 86.6 min kvadratkilometr idi”.

Deputat dolayı yolla Qarabağın da bu ölçüyə daxil olduğunu etiraf edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər