“Ermənistan heç vaxt dəhlizlə (Zəngəzur) bağlı heç bir yazılı və ya şifahi öhdəlik götürməyib”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Ermənistan heç vaxt dəhlizlə bağlı heç bir yazılı və ya şifahi öhdəlik götürməyib. Regional kommunikasiyaların ölkələrin suverenliyi və yurisdiksiyası altında açılmasına gəlincə, Ermənistan buna hazır olduğunu dəfələrlə bəyan edib və açıqlamaqda davam edir.
Ermənistan hökumətinin bizim tərəfdən Ermənistan-Azərbaycan sərhədində üç nəzarət-buraxılış məntəqəsinin yaradılmasını nəzərdə tutan qərar layihəsi uzun müddətdir rəsmi dövriyyəyə buraxılıb”, - baş nazir bildirib.
Ölkəmizi əsassız ittihamlarla “mühakimə” etməyə çalışan Paşinyanın sözlərinə görə, eyni qərarı Azərbaycan da verməlidir ki, həm Ermənistanda, həm də Azərbaycanda bu keçid məntəqələri olsun, nəqliyyat infrastrukturları blokadadan çıxsın.