8 İyul 2023 20:25
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi ilə əlaqədar Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan diplomatiyasının rəhbəri tviterdə qeyd edib.

"Möhtərəm cənab Prezidentin Sərəncamı ilə mənim və həmkarlarımızın ali rütbələrlə təltif olunması Xarici İşlər Nazirliyinin fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Bu diqqət və etimada görə cənab Prezidentə minnətdarıq!".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər