9 Yanvar 2015 09:20
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konstitusiya Məhkəməsi dövlət qulluğu ilə bağlı qərar qəbul edib.

Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.


İclasda “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinin şərh edilməsinə dair Nazirlər Kabinetinin sorğusu ilə bağlı konstitusiya işinə baxılıb.


Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.


“Dövlət qulluğu haqqında” qanunun 33.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.


Məhkəmənin qəbul etdiyi qərara əsasən, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsi qulluqkeçmə haqqında xüsusi qanun qəbul edilənədək diplomatik xidmət orqanlarında işləyən diplomatik xidmət əməkdaşlarına şamil edilir.


Müəllif:

Oxşar xəbərlər