9 Yanvar 2015 09:42
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada 8 yaşlı qız zəhərlənib.

Teleqraf.com-un APA-ya istinadən verdiyi xəbərə görə, rayonun Aşağı Tala kənd sakini, 2007-ci il təvəllüdlü Şəbnəm Vəli qızı Butayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 8 yaşlı Şəbnəm Butayeva bilməyərəkdən bir-neçə dərman qəbul etdikdən sonra zəhərlənib.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Şəbnəm Butayevaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər