Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiya sülhməramlılarından şikayətlənməsi Xankəndidəki separatçıları hiddətləndirib.
Teleqraf.com xəbər verir ki, Ermənistan rəsmisinin açıqlamasına həmin separatçılardan biri Davit Babayan cavab verib.
Babayan Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində separatizmin himayədarı kimi çıxış etdiklərini açıqca etiraf edib. Onun təbirincə desək, bu gün separatçı beyinlərdə “artsax” sayıqlaması qalırsa, bunu ruslara borcludurlar.
“Bu üç il ərzində Rusiya sülhməramlıları olmasaydı, “artsax” da olmayacaqdı”, - separatçı deyib.
Armen Qriqoryan bundan əvvəl Rusiya sülhməramlılarından gözləntilərin özünü doğrultmadığını bildirib.