12 İyul 2023 16:37
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sabah Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaralılan komissiyanın növbəti iclası olacaq".

Teleqraf.com-un məlumatına görə, bunu Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaralılan komissiyanın işi ilə bağlı keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, bundan sonra detallı məlumat veriləcək.

Nazir qeyd edib ki, sözügedən anbar 2011-ci ildə tikilib: "Gölün dayanıqlığı ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur. Hazırda mövcud tullantı anbarının istismarını üç aydan çox olmadığı, ikinci anbarın tikintisinə razılıq verilmədiyi məlum olub. Şirkətə istismarın müvəqqəti dayandırılması təklif olunub".

O qeyd edib ki, təkliflər bağlı razılıq əldə olunub. Nəticədə bu barədə Nazirlər Kabinetinə təklif veriləcək.

Muxtar Babayev əlavə edib ki, Söyüdlüdə istismarçı şirkət tərəfindən lazımi işlər aparılmasa, pay bölgüsü ilə bağlı daha sərt addımların atılacaq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər