Xəbər verdiyimiz kimi, iyulun 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrailin müdafiə naziri Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə Zakir Həsənovun Yoav Qallanta Azərbaycanın xəritəsində Qarabağ ərazisini göstərməsi diqqət çəkib və maraqla qarşılanıb.