İsrailin müdafiə naziri Yoav Qallant Bakının Dənizkənarı Bulvarından paylaşım edib.
Teleqraf.com xəbər verir ki, o, bulvarda səhər qaçışına çıxıb.
“Bakıdan sabahınız xeyir”, - nazir tviterdə yazıb.
Y.Qallant Azərbaycana səfərinin qısa və uğurlu olduğunu bildirib.
O qeyd edib ki, səfər çərçivəsində Azərbaycanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib:
“Biz bir sıra sahələrdə əməkdaşlıq etməklə yanaşı, güclü əlaqələrimizi və möhkəm dostluğumuzu daha da dərinləşdirmək istiqamətində razılıq əldə etdik. Müdafiə əlaqələrimiz hər iki xalqın təhlükəsizliyinə, eləcə də regional sülh və sabitliyə töhfə verir”.