“Gallup Research”in 2015-ci ildə apardığı anket sorğunun nəticələri Rusiya-Ukrayna müharibəsi davam edərkən yenidən gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, təşkilatın yenidən keçirdiyi “Vətənin üçün döyüşərsən” anket sorğusunda müəyyən olunan ilk üç ölkənin nəticələri gözlənilməz olub.
İlk iki yeri 94 faizlə Mərakeş və Fici, üçüncü yeri isə 89 faizlə Pakistan tutub.
Siyahıda Azərbaycan 85 faizlə altıncı yerdə qərarlaşıb.
Beləliklə, sorğuda Vyetnam (89%) dördüncü, Banqladeş (86%) beşinci, Azərbaycan (85%) altıncı və Papua-Yeni Qvineya (84%) yeddinci olub.
Əfqanıstan və Gürcüstan 76 faizlə 8-ci və 9-cu yerləri bölüşüb, Hindistan isə 75 faizlə onuncu yerdədir. Finlandiya 74 faiz “bəli” cavabı ilə 11-ci, Türkiyə isə 73 faizlə 12-ci yerdə olub.
Siyahının sonundakı ölkələr Bolqarıstan, Honq-Konq, Çexiya, İspaniya, Avstriya, İtaliya, Belçika, Almaniya, Hollandiya və Yaponiya olub.
Bir dövrün döyüş maşını olan Almaniyada ölkələri üçün döyüşməyə “bəli” deyənlərin nisbəti indi 18 faizdir. İkinci Dünya müharibəsində Çini işğal edən və Amerikaya çətinlik törədən Yaponiya 11 faizlə sonuncu olub. ABŞ əhalisinin isə yalnız 44 faizi ölkələri üçün mübarizə aparacaqlarını bildirib.