23 İyul 2023 13:46
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumu çərçivəsində “Jurnalistlərin təhlükəsizliyi” adlı son panel iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, bu sessiya üzrə iştirakçılar böhran vəziyyətlərinin kommunikasiya mexanizmlərinin təkmilləşdirilməsi, münaqişə zonalarında jurnalistlərin qarşıladığı təhlükə və çağırışlar barəsində müzakirə aparılıb.

Panel iclasında çıxışı zamanı Koreya Siyasi Elm Assosasiyası vitse prezidenti prof. Qi Un Çjon qeyd edib ki, artan zorakılığın hədəfi jurnalistlərdir.

“Jurnalistlər təhlüksizliyi fərdi şəkildə həll olunmayacaq məsələdir. Jurnalistlərin müdafiəsi bir ölkəyə aid yox, ümumi məsələdir. Jurnalistlərə qarşı müəyyən bir önyarğı var. Qanunla antimedia ritorikasının qarşısı alınmalıdır”,- deyə o əlavə edib

Rumıniyanın Milli İnformasiya Agentliyi “AGEPRES” baş direktoru Klaudia-Viktoriya Nikolae qeyd edib ki, qadın jurnalistlərə qarşı əvvəlki dövrdən qalan xoşagəlməz hadisələr olurdu.

“Eksperimental jurnalistlər bir növ həkim kimidir. Əgər öz işlərini görən zaman emosional davranarsa, ortaya qoyduğu iş obyektiv olmayacaq”,- deyə o vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər