24 İyul 2023 20:53
2 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçirilən “İDEF-2023” Beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün qardaş ölkəyə səfər etmiş müdafiə sənayesi naziri Mədət Quliyev Şirvandakı partlayışla əlaqədar Bakıya geri dönüb və hadisə yerinə yollanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakov məlumat verib.

Qeyd edək ki, bu gün Nazirliyə məxsus “Şirvan Araz zavodu” MMC-də partlayış baş verib.

Nəticədə bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.

Hazırda MSN, FHN və Baş Prokurorluq tərəfindən araşdırmalar aparılır.

Müdafiə sənayesi naziri Mədət Quliyev və Nazirliyin səlahiyyətli əməkdaşları, Şirvan şəhərinin prokuroru Kamal Talıbov və İcra Başçısı İlqar Abbasov hadisə yerinə baş çəkiblər və ətraflı məlumat əldə ediblər.

Mədət Quliyev və digər rəsmi şəxlər hadisə nəticəsində xəsarət alan Səbinə Şəkərovanı xəstəxanada ziyarət ediblər, həkimlərdən xəstənin vəziyyəti barədə məlumat alıblar.

Daha sonra Mədət Quliyev Hacıqabulda dəfn edilmiş Mehman Əhmədovun ailəsi və doğmaları ilə görüşüb, mərhumun yaxınlarına başsağlığı verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər