Rusiya Azərbaycanla Ermənistan arasında sülh danışıqları üzrə təmasların yaxın aylarda reallaşacağına ümid edir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında möhkəm əlaqələr Cənubi Qafqazda sabitliyin mühüm elementlərindən biridir.