Ermənistanın Qarabağa göndərdiyi 400 ton yardım Azərbaycanla şərti sərhədə çatıb.
Teleqraf.com xəbər verir ki, Avropa ölkələrinin missiyasi prosesi izləmək üçün şərti sərhədə gəlib.
19 yük maşını Laçın postunun qarşısında gözləyirlər. Təşkilatçılar Rusiya sülhməramlı qüvvələrinin nümayəndələrinin onlara kömək edəcəklərinə ümid edirlər.
Qeyd olunur ki, yük maşınlarında 60 ton şəkər, 40 ton yağ, 100 ton un, 80 ton makaron, 20 ton duz, 40 ton süd tozu, 12 ton uşaq qidası və 9 ton dərman var. Ümumilikdə 19 yük maşınında 1-2 günlük yemək var.
Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanı bu cür təxribat xarakterli addımlardan çəkinməyə çağırıb. DSX müvafiq addımların atılacağını bəyan edib.
Rəsmi Bakı Qarabağdakı ermənilərə hümanitar yardım etmək üçün Qırmızı Xaç Komitəsini Ağdam-Xankəndi yolunu təklif edib.