Erməni futbolçu Henrix Mxitaryan sosial şəbəkədə Azərbaycan əleyhinə paylaşım edib.
Teleqraf.com xəbər verir ki, 34 yaşlı oyunçu paylaşımında dünyanın diqqətini ermənilərin Laçın yolu ətrafında yaratdıqları şouya çəkməyə çalışıb.
Mxitaryanın iftira dolu paylaşımından vəcdə gələn erməni mətbuatı yalan kisəsinin ağzını açıb. Erməni mənbələri Mxitaryanın bədnam çağırışına məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldonun da qoşulduğunu iddia ediblər. Amma erməni siyasətçi Ara Papyan bunun doğru olmadığını deyərək, öz yalanlarını ifşa edib.
“Sonra da sizi ciddi qəbul etmələrini istəyirsiniz?”, - siyasətçi Feysbuk hesabında yazıb.
Papyanın paylaşımı ermənilərin etirazlarına səbəb olub.
Ronaldonun Azərbaycan əleyhinə kampaniyaya “qoşulması” ilə bağlı yalan iddia məşhur futbolçunun Bakıya gələcəyi xəbərinin yayılmasından sonra tirajlanması təsadüfi deyil. Görünür, ermənilər bununla onu da öz yalanlarına alət etməyi düşünürlər.