9 Avqust 2023 13:39
2 790
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidenti İlham Əliyev NATO baş katibi Yens Stoltenberqlə Zəngəzur dəhlizi haqda danışanda elə bilirdik ki, təzyiq edir. Amma gördük ki, vəziyyəti düzgün qiymətləndirə bilmirik”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

“Araik Arutyunyan İlham Əliyev Stoltenberqlə görüşdə Zəngəzur dəhlizindən danışarkən dedi ki, bu, danışıqlardan əvvəl təzyiqdir. Əslində bu, “artsax” və Ermənistan hakimiyyətinin risklərin qiymətləndirilməsi və idarə olunması ilə bağlı ciddi problemlərinin olduğunu göstərir. Bizim vəziyyətimizdə olan dövlətlər üçün hökumətin riskləri idarə edə bilməməsi fundamental təhlükə yaradır. Vəziyyət o həddə çatıb ki, hətta Araik Arutyunyan da Nikol Paşinyanı günahlandırmaqdan özünü saxlaya bilmir”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, Arutyunyan Ermənistan baş nazirinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını açıq şəkildə dilə gətirib:

“İkincisi, Arutyunyanın mesajlarından belə çıxır ki, Ermənistan hakimiyyəti görünməz yerdə bəzi vədlər verib və bunların yerinə yetirilməməsi səbəbindən çıxılmaz durum yaranıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər