9 Avqust 2023 20:25
2 948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu medalı mənimlə birlikdə xidmət edərkən Liviyada, Qarabağda, Suriyada, İraqda sizin əmrlərinizi yerinə yetirmək üçün şəhid olmuş dostlarımın adından alıram.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Hakan Fidan deyib.

Ərdoğan Milli Kəşfiyyat Təşkilatındakı (MİT) vəzifələrinə görə Milli Təhlükəsizlik Şurasında (MGK) Hakan Fidanı "Dövlətdə üstün xidmət medalı" ilə təltif edib.

Qeyd edək ki, H.Fidan 25 may 2010-cu ildə MİT müşaviri seçilərək 42 yaşında ən gənc müşavir olub.

O, 3 iyun 2023-cü il tarixində isə Türkiyənin Xarici İşlər naziri seçilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər