ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, ermənipərəst senator Bob Menendez və həmkarı Aleks Padilla yenə Azərbaycana qarşı “iş” başındadır.
Teleqraf.com xəbər verir ki, amerikalı senatorlar növbəti dəfə Azərbaycana qarşı təxribatçı müraciətə imza atıblar.
Menendez və Padilla ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfildə məktub göndərərək, Azərbaycanı “Qarabağ ermənilərinin səkkiz aylıq blokadası”na dərhal son qoymağa çağıran qətnamə təqdim etməyə çağırıb.
Öz təxribatçı iddialarında bir az da irəli gedən ermənipərəst siyasətçilər Azərbaycanı “Qarabağ ermənilərinə qarşı etnik təmizləmə”də ittiham ediblər.
Erməni diasporunun əlində alətə çevrilmiş Menendez və Padilla BMT-ni də təşkilatın nizamnaməsinə və mandatına uyğun olaraq dərhal hərəkətə keçməyə çağırıb.