“Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi üçün birbaşa dialoq vacibdir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel deyib.
Diplomat ABŞ-ın BMT Təhlükəsizlik Şurasında hansı mövqe tutacağını açıqlamaqdan imtina edib.
“Biz davamlı olaraq bu faktı vurğulayırıq və təkrarlayırıq ki, uzun müddətdir davam edən münaqişənin həlli üçün birbaşa dialoq vacibdir. İnanırıq ki, Cənubi Qafqaz xalqlarına son nəticədə sülh və sabitlik gətirəcək istənilən iştirak yaxşı hadisə və müsbət addımdır”, - Patel bildirib.
BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı təcili iclası bu gün Nyu-Yorkda (ABŞ) keçiriləcək.