“BMT Təhlükəsizlik Şurasının iclası cəmiyyətimizdə lüzumsuz gözləntilər yaratmışdı, amma heç bir möcüzə baş vermədi”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Milli Gündəm” partiyasının sədri Avetik Çələbyan deyib.
Onun sözlərinə görə, ermənilər iclasdan əvvəl dünya güclərinin onların tərəfinə keçəcəklərinə inanıblar.
“Möcüzə baş vermədi, müxtəlif çıxışlar oldu, bunların çoxu bizim üçün əlverişliydi, amma Təhlükəsizlik Şurasının qərarı qəbul edilmədi. Çox sadə səbəbə görə: Ermənistan hökuməti Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Dünya da Qarabağ məsələsini Azərbaycanın daxili problemi, “Laçın dəhlizi”ni isə Azərbaycanın ərazisi hesab edir”, - Çələbyan bildirib.
Siyasətçi BMT Təhlükəsizlik Şurasının son iclasını “Ermənistanın növbəti uğursuzluğu” adlandırıb.