18 Avqust 2023 16:42
2 941
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İtkin düşən şəxslərdən kiminsə sağ qalması barədə məlumat yoxdur. Güman edirik ki, onların hamısı ermənilər tərəfindən qətlə yetirilib".

Teleqraf.com xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, Şuşa həbsxanası ərazisində aşkarlanan 31 nəfərin aqibəti də bunun sübutudur: "Bir sözlə, istintaqda sağ qalması ilə bağlı məlumat yoxdur".

"Biz dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə qarşı tərəfə müraciət etmişik və rəsmi cavab almışıq. Rəsmi cavabda hazırda Ermənistanda I və ya II Qarabağ müharibəsi zamanı əsir götürülmüş hərbçi və ya mülki şəxs olmadığı vurğulanıb", - deyə İ.Axundov bildirib.//Report


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər