“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putindən istədiyi hər şeyi ala bilir”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
“Ərdoğan bu ay baş tuta biləcək üzbəüz görüşdə Putini taxıl müqaviləsini bərpa etməyə məcbur edəcək. Putindən alması lazım olan şeylər var”, - ekspert bildirib.
Piontkovski vurğulayıb ki, Ərdoğan iki il əvvəl Putinlə Soçi görüşündə Rusiya liderinə təzyiq edib və bir sıra məsələlərlə bağlı onunla razılığa gəlib:
"Putin o zaman onunla üç ən vacib istiqamətdə - Türkiyə və Rusiyanın üz-üzə qaldığı Qarabağ (Azərbaycan), Suriya və Liviya ilə bağlı razılaşıb, ondan sülh bağlamaq vədini alıb".