21 Avqust 2023 23:12
10 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Havadarlarının şirin vədlərinə inanan Ermənistan baş naziri ölkəsini uçuruma sürükləyir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Ermənistanın oynadığı təhlükəli oyunun özünə zərər verəcəyini bildirib:

“Qafanda Azərbaycana qarşı yeni təxribatlara hazırlıq gedir. Ermənistan Zəngəzuru təkcə hərbiləşdirmir, həm də beynəlxalq diqqəti bura çəkməyə çalışır. İran, ardınca Rusiyanın Qafanda konsulluq, Avropa Birliyinin mülki missiyasının əməliyyat mərkəzləri açması məhz bu prosesin tərkib hissəsidir.

Faktiki olaraq, Ermənistanla Azərbaycan arasında danışıqlar dayanıb. Bu, Rusiya və Fransanın təxribatları sayəsində olub. Rusiya Qarabağ ermənilərinin reinteqrasiyasına mane olmağa çalışır. Fransa isə Ermənistanı silahlandırmaqla sülh danışıqlarından çəkindirir. Hesab edirəm ki, bu durumda Ermənistanla yeni müharibə riski yüksəkdir. Ermənistanın əl atacağı irimiqyaslı təxribatlar savaşı tətiklərə bilər. Ermənistanın son davranışları belə bir təxribata hazırlaşdığını göstərir”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistan hərbi təxribatlarla Azərbaycana qarşı beynəlxalq təzyiq mexanizminin formalaşdırılmasına çalışır:

“Ermənistanı və onu təxribata təhrik edənlərin ilk hədəfi Laçın yolunu əvvəlki duruma qaytarmaqdır. Yəni Azərbaycanın yolun başlanğıcındakı sərhəd-buraxılış məntəqəsinin götürülməsinə çalışırlar. İkinci məqsədləri Qarabağa “Kosovo modeli”nin tətbiqinə nail olmaqdır. Son gəlişmələr kontekstində Paşinyanın sülh gündəliyini pozan mövqe tutması təsadüfi deyil. Ona görə də Ermənistanı sülhə məcbur etmək üçün mütləq şəkildə təzyiqlər sərtləşdirilməlidir. Havadarlarının şirin vədlərinə inanan Ermənistan baş naziri ölkəsini uçuruma sürükləyir.

Reallıq hissindən uzaq Paşinyan hələ də anlamır ki, ona vəd verən nə Fransa, nə İran, nə Rusiya, nə də Hindistan Ermənistana görə Azərbaycanla döyüşəcək. İran, Hindistan və Fransadan aldıqları bir-iki silahla bölgədəki durumu dəyişəcəklərini düşünəcək qədər reallıq hissini itiriblər. Ermənistan uçurumun kənarından geri dönəcək, yoxsa özünü üzüaşağı yuvarlayacaq? Buna Paşinyan qərar verəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər