“Artıq Laçındakı sərhəd-buraxılış məntəqəsindən keçən ermənilərdən etibarlı pasport tələb olunur”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Fərhad Mehdiyev deyib.
“Əvvəllər təxmin etdiyim kimi, artıq Laçındakı sərhəd-buraxılış məntəqəsindən keçən ermənilərdən etibarlı pasport tələb olunur. Hələ ki, Rusiya vətəndaşlığı olanlar keçə bilirlər. Elə sərhəddə şərait yaratmaq lazımdır ki, bizim vətəndaşlığımızı almaq istəyənlər orada müraciət edə bilsinlər”, - ekspert bildirib.