22 Avqust 2023 13:09
1 843
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyanla aramda Qarabağ məsələsi ilə əlaqədar fikir ayrılıqları var”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistana girişi qadağan olunan “Fransa Erməniləri Təşkilatları Koordinasiya Şurası”nın (CCAF) sədri Murad Papazyan deyib.

CCAF sədri hazırda məsələnin çözülməsi üçün işin İrəvan məhkəməsində olduğunu bildirib:

“İyulun 13-dən 14-nə keçən gecə Ermənistana girişimə qadağa qoyulmasını böyük kədərlə yaşadım. Bilirəm ki, bu qərarı Nikol Paşinyanın özü verib”.

Papazyanın iddiasına görə, Qarabağın Azərbaycana təhvil verilməsi və Türkiyə siyasəti ilə bağlı Ermənistan baş naziri ilə arasında fikir ayrılığı var. O, Paşinyanın xüsusən erməni diasporunun qondarma soyqırımın beynəlxalq səviyyədə tanınması ilə bağlı fəaliyyətindən narazı olduğunu iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər