24 Avqust 2023 14:12
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyanın “beynəlxalq mexanizmlər çərçivəsində müzakirə” təklifinin perspektivi yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan baş nazirinin sülh prosesini pozduğunu söyləyib:

“Nikol Paşinyan hökumətin iclasında deyib ki, İrəvan sülh müqaviləsi üzrə yeni təkliflər paketini Bakıya təqdim edib. Bu “təqdimatlar” heç nəyi həll etməyəcək. Çünki Paşinyan bir tərəfdən Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edərkən, digər yandan ərazi bütövlüyünü tanıdığı ölkənin daxili işlərinə qarışır. Paşinyan həmin iclasda onu da söyləyib ki, guya Bakı Qarabağ erməniləri ilə dialoqdan yayınır.

“Ermənistan Dağlıq Qarabağ sakinlərinin hüquq və təhlükəsizlik məsələlərinin beynəlxalq mexanizmlər çərçivəsində müzakirə edilməsini dəstəkləyir” deyən Paşinyan bununla Bakı ilə ermənilər arasında birbaşa dialoqun əleyhdarı kimi çıxış edir.

Paşinyan həqiqətən sülh istəyirsə, Qarabağ separatçılarını inandırmalıydı ki, təmsilçilərini Bakıya, Yevlaxa və ya Bərdəyə göndərsinlər, Ağdam yolunun istifadəsi müzakirə edilsin. Azərbaycan heç müharibədən əvvəl beynəlxalq vasitəçilərin iştirakıyla erməni separatçıları ilə dialoqa getmirdi, qələbədən sonra bu, heç mümkün deyil. Ona görə də Paşinyanın “beynəlxalq mexanizmlər çərçivəsində müzakirə” təklifinin perspektivi yoxdur. Paşinyan bu tələbindən əl çəkməsə, Azərbaycanla Ermənistan arasındakı danışıqlarda irəliləyiş olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər