“Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması regionun davamlı inkişafını təmin edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanda səfərdə olan Rusiya Baş naziri Mixail Mişustin deyib.
“Biz Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin bərpasının tərəfdarıyıq. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşmalarına əsasən, mən əminəm ki, yeni infrastruktur layihələrinin yaradılması sabit iqtisadi regionun inkişafını təmin edəcək”, - Mişustin bildirib.
Onun sözlərinə görə, bu, həm də burada yaşayan insanlar arasında əlaqələri gücləndirəcək.