24 Avqust 2023 21:08
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ombudsman Səbinə Əliyevanın tapşırığına əsasən, Milli Preventiv Qrupun (MPQ) üzvləri Azərbaycan sərhədini pozan erməni diversant Qaqik Voskanyana baş çəkib.

Bu barədə Teleqraf.com-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, MPQ-nin ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmədə məqsəd saxlanılan şəxslərlə rəftarın, müəssisədəki saxlanma şəraitinin və təqsirləndirilən şəxslərin hüquqlarının təmini vəziyyətinin monitorinqi olub.

Başçəkmə zamanı bu il avqustun 16-da terror-təxribat törətmək məqsədilə Azərbaycan-Ermənistan dövlət sərhədini qanunsuz olaraq keçən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü Qaqik Voskanyan da qəbul edilib. Həmin təqsirləndirilən şəxsin saxlanma şəraiti, onunla rəftar, tibbi xidmətə çatımlılıq və Milli Preventiv Mexanizm mandatına uyğun digər məsələlər araşdırılıb, beynəlxalq və milli qanunvericiliyə əsasən hüquqlarının təmin edilməsi vəziyyəti öyrənilib. Adıçəkilən şəxs saxlanma şəraitindən, onunla rəftardan və tibbi xidmətdən razılığını bildirib.

Konfidensial qaydada söhbət aparılan şəxsə hüquqları, Ombudsmanın səlahiyyətləri barədə məlumat verilib, öz dilində insan hüquqları sahəsindəki beynəlxalq aktlar təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər