Azərbaycan prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Gəncə şəhərində xalqımızın qəhrəman övladı Cavad xanın heykəli ucaldılacaq.
2014-cü ildə şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə məsələ müzakirəyə çıxarılıb. Gəncə şəhərinin Şəmkir istiqamətindən girişində heykəl üçün müvafiq yer ayrılıb və abidənin layihəsi hazırlanıb.
Son zamanlar mətbuatda Cavad xanla bağlı özlərini ictimaiyyətə sırımaq istəyən işbazların, milliyəti məlum olmayan mənfurların qərəzli və sifarişli yazıları gəncəlilərin etirazına səbəb olub. “Arxadan atılan daş” misalını diqqətə çatdıraraq ucuz piar qazanmaq istəyən üzdəniraqların Gəncədə aparılan abadlıq və yenidənqurma işlərinə kölgə sala bilməyəcəkləri əminliklə qeyd olunur. Gəncəlilər tarixi şəxsiyyət olan Cavad xanın xatirəsini daim əziz tuturlar.
Ayxan