29 Avqust 2023 11:47
2 937
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ağdərədən olan erməni futbolçular Azərbaycan bayrağına hörmətsizlik ediblər, belə hal istənilən dövlətdə cinayət sayılır”.

Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Hayk Nahapetyan deyib.

Onun sözlərinə görə, Ermənistan ordusu 44 günlük müharibədən sonra heç bir hərbi təlim keçirməyib.

Nahapetyan erməni ordusunun Azərbaycan qarşısında müdafiəsiz olduğunu iddia edib:

“Bunu da mən yox, Paşinyanın özü deyib. Almaniyada olarkən söylədi ki, mən Ermənistanın təhlükəsizliyinə zəmanət verə bilmərəm. Yəni bacarmadığını deyir, bununla həm özünü, həm də dövləti tanıdır. Yəqin ki, dövlət qurumlarını ata evindən gətirib. Onu da bildirir ki, Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır, bizdə isə sıfır hərbi təlim. Bunun əksinə olaraq, qalib tərəf olan Azərbaycan ildə on hərbi təlim keçirir. Bu reallıqdır.

Azərbaycan hazırlaşır, itkilərini bərpa və hərbi problemlərini həll edir”.

Nahapetyan qeyd edib ki, qalib Azərbaycan ordusunun və əsgərlərinin motivasiyası yüksəkdir:

“Ölümünə döyüşəcəklər, azadedici motivasiya ilə gələcəklər. Azad edən qurban verməyə, canı bahasına döyüşməyə hazırdır, işğal edən isə yox”.

Polkovnik Azərbaycan bayrağını təhqir edən üç qarabağlı erməninin Laçında sərhəd-keçid məntəqəsində saxlanılmasına, ardınca həbs edilməsinə də toxunub:

Nahapetyan Ermənistan mediasının iddiasının əksinə olaraq, onların azərbaycanlılar tərəfindən oğurlanmadığını söyləyib və bununla qondarma ittihamı təkzib edib:

“Onları oğurlamadılar, öz adıya çağırmalıyıq, dezinformasiyaya ehtiyac yoxdur. Azərbaycanlılar üç gənci saxlayıblar. Niyə? Video var, Ağdərədən olan futbolçulardır. Matça getməzdən əvvəl ayaqlarını yerə sərilmiş Azərbaycan bayrağı ilə təmizləyiblər və bayrağı tapdalayıb keçiblər. Bu, dövlət rəmzinə hörmətsizlikdir, istənilən ölkədə cinayət sayılır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər