Fransanın Qarabağ separatçıları üçün göndərəcəyi “humanitar yük karvanı” avqustun 30-da Laçın yolunun başlanğıcında olacaq.
Teleqraf.com xəbər verir ki, “Armenpress” avqustun 30-da İrəvandan yola düşəcək karvanı müşayiət edəcək Paris meri Ann İdalqonun Ermənistana gələcəyini bildirib.
Separatçılar üçün "humanitar yardım" Fransanın Paris, İl de Frans, Overn-Rona-Alp, Overn, Oksitaniya və Luara bölgələrindən göndərilir.