Fransadan göndərilən “humanitar yük”ü daşıyan avtomobillər İrəvandan Azərbaycan sərhədinə yola düşüb.
Teleqraf.com xəbər verir ki, Qarabağ separatçıları üçün göndərilən konvoyun bir neçə saata Laçın yolunun başlanğıcına çatacağı gözlənilir.
Paris meri Ann İdalqo təxribat karvanını müşayiət etmək üçün bu gün Ermənistana gələcək.
Qarabağ separatçıları üçün “humanitar yardım” Fransanın Paris, İl de Frans, Overn-Rona-Alp, Overn, Oksitaniya və Luara kimi bölgələri tərəfindən göndərilib. Əlbəttə, Fransa hökumətinin birbaşa göstərişi əsasında...