Azərbaycanın humanitar yük maşınları Xankəndi-Ağdam yolunda dayandıqdan sonra Rusiya sülhməramlıları ilə danışıqlar başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu Xankəndidəki separatçıların “spiker”i Davit İşxanyan deyib.
“Bu danışıqlar hələlik nəticə vermir. Rusiya sülhməramlılarının nəqliyyat vasitələrinin Xankəndiyə buraxılması təklifi heç bir nəticə verməyib. Danışıqlar hələ də davam edir, bitməyib”, - separatçı bildirib.