“Mallar “paket həll” çərçivəsində eyni vaxtda Laçın və Ağdam yolları vasitəsilə (Qarabağın dağlıq hissəsinə) daxil olmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Xankəndidəki separatçılardan biri Samvel Babayan deyib.
Onun sözlərinə görə, anlaşma üçün ortaq bir nöqtə tapmaq lazımdır.
“Paket”də “status məsələsi”nin yer alıb-almadığı ilə bağlı suala Babayan qaçaq cavab verib: “Heç olmasa ümumi prinsiplər formalaşdırılmalıdır”.