Sünik (Zəngəzur) qubernatoru Robert Qukasyan Gorusda Paris meri Ann İdalqo və rəhbərlik etdiyi nümayəndə heyətini qarşılayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Paris meri Fransadan Qarabağ separatçıları üçün göndərilmiş “humanitar yardım” karvanını müşayiət edir. Konvoy 10 yük maşınından ibarətdir.
Yüklər Paris, İl de Frans, Overn-Ron-Alp, Oksitaniya, Luara bölgələrindən Fransa hökumətinin təlimatı ilə göndərilib.
Təxribat karvanının artıq Azərbaycanla sərhəd ərazilərə çatdığı bildirilir.