“ABŞ-ın ən təcrübəli senatorlarından biri, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez bu quruma seçildiyi gündən türklərə nifrət edir, yunanları, rumları və erməniləri dəstəkləyir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Haber7” saytının yazarı, professor Ata Atun deyib.
Professor bu nifrətin təsadüfi olmadığını bildirib:
“Menendez ABŞ-da anadan olub. Anası Yevangelina Menedez və atası Mario Menendez katolikdir. Əcdadları İspaniyadan Kubaya, ailəsi isə 1953-cü ildə Kubadan ABŞ-a köçüb.
Menendez 2006-cı ildə Nyu-Cersidən bu ştatın kubalı, yunan, erməni və yəhudi icmalarının dəstəyi ilə Senata seçilib. Menendezin birinci arvadı Ceyn Mernendez Norveç əsillidir.
İkinci həyat yoldaşı Nadina Arslanyan ABŞ-da anadan olub, anası kiprli erməni, atası isə Livan ermənisidir. Nyu-Cersi ştatının erməni icması üzərində təsirləri böyükdür. İki milyard dollar sərvəti var. Ermənilərə və yunanlara böyük sevgi bəsləyir, çünki anası Kipr əsilli ermənidir. Yunanıstan və Kiprlə güclü əlaqəsi uzun illər Yunanıstanla yanaşı, Kipr yunanlarının da dəstəyinə səbəb olub. Bunda onun Nyu-Cersidən olan kiprli yunan Tasos Zambasla dostluğunun da təsiri var”.
Atun qeyd edib ki, Menendezin yunanlara sevgisi, türklərə düşmənçiliyi böyüdüyü bölgədəki yunan və erməni icmalarından qaynaqlansa da, ən təsirlisi ikinci həyat yoldaşı Nadinadır:
“Türkiyəyə F-16 döyüş təyyarələrinin satışını və modernizasiya prosesini dayandıran, bu istiqamətdə həyata keçirilən bütün anti-Türkiyə fəaliyyətlərində və təşəbbüslərdə yer alan, o cümlədən Cənubi Kiprə silah satışına qoyulan qadağanın ləğvini nəzərdə tutan Senat qərarlarını qəbul edən Bob Menendezdir.
Menendez Kiprə ilk səfərini 1995-ci ildə edib. Türk əsgərlərinin Kiprdə olmasının əleyhinədir, BMT qətnamələrində olmasa da, bunu “işğal” adlandırır. Əlbəttə, bu öhdəliyin mükafatı var. İlk “sədaqət medalı”nı 2015, ikincisini 2021-ci ildə alıb.
Gücü varmı? Bəli. ABŞ Türkiyənin xeyrinə bir qərar qəbul etməyə çalışarkən, Menendez “narahat olmayın, imkan verməyəcəm” deyəcək cürəti göstərir. Menendezin səyləri və lobbi fəaliyyətləri nəticəsində ABŞ Rum Kiprinə tətbiq edilən embarqoları ləğv etdi, Kipr türklərinə qarşı soyqırımını unutduraraq, silah satılması üçün qapını açdı”.
Menendez Türkiyə ilə yanaşı, Azərbaycana qarşı da düşmənçiliyi ilə seçilir. Son illərdə Senatda Azərbaycan əleyhinə keçirilən bütün dinləmələrin təşəbbüskarı bu şəxsdir. Azərbaycan ərazisində separatizmin fəal dəstəkçisi olan Menendez ABŞ hökumətinin Azərbaycana yeni səfir təyin etməsinə mane olması ilə də seçilir".