1 Sentyabr 2023 21:38
3 953
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya və Türkiyə liderlərinin Soçi görüşündə Suriya və Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunacaq”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı siyasi ekspert İlya Kusa deyib.

“Putin çoxdan Ərdoğandan Suriya hökuməti ilə münasibətlərini normallaşdırmasını istəyir, amma Suriya bunu Türkiyədən güzəşt olmadan etmək istəmir. Xüsusilə, Türkiyə qoşunlarının Suriyanın şimalını tərk etməsini tələb edirlər və bundan sonra qarşılıqlı münasibətlərin və əməkdaşlığın bərpası barədə danışmağa hazırdırlar”, - ekspert bildirib.

Onun sözlərinə görə, Putinə belə normallaşma lazımdır, çünki bu, onun Suriya münaqişəsinin həllində siyasi qələbəsi olardı:

“Ancaq Ərdoğan bunu elə-belə etmək istəmir. Rusiyadan da güzəştlərə maraq göstərir. Əlbəttə, bu məsələni Putinlə müzakirə edəcək.

Kusanın fikrincə, sövdələşmənin predmetlərindən biri Cənubi Qafqazda güzəştlər, enerji layihələri və ya ikitərəfli ticarət ola bilər. Ukraynalı analitik iddia edir ki, Rusiya liderinin bu məqsədlə Ermənistan Baş naziri Nikol Paşinyanı yolla gətirmək üçün imkanları var.

Ukraynalı analitik İqor Semivolos xatırladıb ki, Rusiya Qarabağdakı qoşunları uzun müddət burada saxlamaq istəyir:

“Razılaşmaya görə, Rusiya qoşunları 2025-ci ildə Qarabağı tərk etməlidir. Ruslar bu durumu dəyişməyə çalışırlar”.

Semivolos iddia edir ki, bu məsələ də Putinlə Ərdoğan arasında müzakirə olunacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər