1 Sentyabr 2023 21:53
4 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sülh Qarabağın dağlıq hissəsindəki silahlı ünsürlər tam çıxarıldıqdan, Xankəndi və ətrafına nəzarətimizi bərpa etdikdən sonra mümkün ola bilər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Ermənistanın şərti sərhəddə Azərbaycana qarşı hərbi təxribata əl atacağı gözlənilən idi. Uzun müddətdir Hindistanın İran üzərindən Ermənistana silah daşıması haqda məlumat dolaşırdı. Ermənistanı silahlandıranlara ona artilleriya vasitələri verən Fransanı, PUA ötürən İranı da aid etməliyik. Əldə etdiyi bir-iki güllədən vəcdə gələn Ermənistan şərti sərhəddə bəzi strateji yüksəklikləri ələ keçirərək, dialoq masasında mövqeyini gücləndirməyi planlaşdırırdı. Əsas hədəfi də “Qarabağın statusu” cəfəngiyatını yenidən masaya qaytarmaq idi. Amma güllələri boşa çıxdı.

Hesab edirəm ki, aldığı hər zərbədən dərs çıxarmayan Ermənistan hərbi təxribatlarını davam etdirəcək. İrəvan son addımı ilə Brüssel və Vaşinqtonda irəliləyən sülh danışıqlarında maraqlı olmadığını ortaya qoydu. Gedişata və Ermənistanın davranışlarına baxdıqda deyə bilərik ki, ilin axırına qədər danışıqlarda hansısa irəliləyiş olmayacaq.

Əlbəttə, Ermənistan bu kimi təxribatlarla nəsə əldə edəcəyini düşünürsə, yanılır, aldığı silahlar, vəd verdiyi ölkələri onu qurtarmayacaq. Davam etdirdiyi təxribatların bədəli daha ağır ola bilər.

Bir sözlə, sülh Qarabağın dağlıq hissəsindəki silahlı ünsürlər tam çıxarıldıqdan, Xankəndi və ətrafına nəzarətimizi bərpa etdikdən sonra mümkün ola bilər. Azərbaycanın mövcud duruma uzun müddət dözəcəyini düşünmürəm. Əlimiz güclüdür – həm hərb meydanında, həm də diplomatik masada. Bunlardan istifadə etməliyik, gedişat göstərir ki, edəcəyik də”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər