Xankəndində özünü “mer” adlandıran separatçı David Sərkisyanın həyat yoldaşı bir müddət əvvəl Laçın sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycan şəhərini tərk edib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan İctimai Televiziyasının reportajını görən erməni mediası qadının şəxsiyyətini müəyyən edib.
Görünür, separatçı elita qaçılmaz sonun yaxınlaşdığını anladıqları üçün ailələrini götürüb qaçırlar.
Sərkisyanın yerli kənd təsərrüfatında işləyən həyat yoldaşı Erna Cavadyan sona qədər Xankəndidə qalacağını bildiribmiş, lakin sonra fikrini dəyişərək Ermənistana üz tutub.