“Vəziyyət son dərəcə gərgindir, Ermənistanla Azərbaycan arasındakı son gəlişmələr müharibəyə gətirib çıxara bilər”.
Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Vahe Ovannisyan deyib.
“Proses müharibəyə doğru gedir. Müharibə riski artır”, - ekspert bildirib.
Ovannisyan bu duruma görə Ermənistan rəhbərliyi ilə yanaşı, vasitəçiləri də ittiham edib: “Vəziyyəti bu yerə vasitəçilər gətirib çıxarıblar. Böyük fəlakət olacaq”.
Onun fikrincə, vasitəçilərin davranışları, Ermənistan-Rusiya münasibətlərinin dinamik şəkildə gərginləşməsi sübut edir ki, bu proses müharibəyə gətirib çıxarır.
“Hazırda təxminən 2020-ci ilin yayındakı vəziyyət hökm sürür”, - Ovannisyan vurğulayıb.
Ekspert əlavə edib ki, vəziyyətin pisləşməsi həm də Ermənistan hakimiyyətinin “son dərəcə avantürist istiqaməti” - anti-Rusiya münasibəti ilə bağlıdır. Ovannisyan Baş nazir Nikol Paşinyanın bölgədə güc balansını hesablaya bilmədiyini söyləyib.
Azərbaycana gəlincə, erməni ekspert qeyd edib ki, Bakının əsas hədəfi Qarabağın dağlıq hissəsinə tam nəzarəti təmin etmək və 8 anklavı (Naxçıvanın 1, Qazaxın 7 kəndi) geri almaqdır.