13 Yanvar 2015 16:16
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə yanvarın 15-də Türkiyəyə rəsmi səfər edəcək.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, iki ölkənin lideri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV Konfransında da iştirak edəcək.

Səfər zamanı iki ölkə arasında ikitərəfli əlaqələrin və əməkdaşlığın hərtərəfli şəkildə daha da inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək. Görüşlərdə həmçinin iki ölkəni maraqlandıran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadilələri də aparılacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər