“Azərbaycanla Ermənistan arasındakı gərginlik pik həddə yaxınlaşır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
“Ermənistan və Qarabağ ətrafında hərbi-siyasi vəziyyətin gərginliyi pik həddinə yaxınlaşır. Bundan sonra ya partlayacaq, ya da tədricən azalacaq”, - deputat bildirib.
Abramyan gərginlik fonunda Azərbaycanın kifayət qədər sərt göründüyünü söyləyib. Onun sözlərinə görə, mövcud durumda Ermənistana iki seçim qalır: ya böyük güzəşt, ya da müharibəyə girmək.
Abramyan qeyd edib ki, Ermənistan hökuməti özünü nə qədər Qarabağ məsələsindən uzaqlaşdırmağa çalışsa da, bu mümkün olmur, prosesin özü ona yaxınlaşır.
Deputat sülh müqaviləsinin də, mümkün müharibənin də Ermənistanın xeyrinə olmayacağını söyləyib.